TikTok sosial şəbəkəsinin biznesi rəsmi olaraq ABŞ nəzarətinə keçir.
DenMedia.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent Financial Times qəzetinə müsahibəsində təsdiqləyib.
“Bütün məsələlər həll olunub və yaxın vaxtlarda əməliyyatı görəcəyik,” — deyə o bildirib.
Prezident Donald Trampın 25 sentyabr tarixli fərmanına əsasən, TikTok bundan sonra amerikalı tərəflərin iştirakı ilə yaradılacaq birgə müəssisə tərəfindən idarə olunacaq.
Əvvəlki sahibi — Çin şirkəti ByteDance Ltd. və onun filialları — səhmlərin 20 faizindən az hissəsini saxlayacaq, bu da “xarici rəqibin” platformaya nəzarət imkanını istisna edir.

