Amerika lideri Donald Tramp, 2024-cü ilin noyabrında ABŞ prezident seçkilərində qələbəsindən sonra ilk dəfə TikTok sosial şəbəkəsində video yayımlayıb. DenMedia.az xəbər verir ki, zuun müddət platformada görünməməsi Çin sosial şəbəkəsinin ABŞ biznesinin nəzarətinə keçməsi üzrə aparılan danışıqlarla əlaqələndirilir.
“TikTok-dakı bütün gənclərə müraciət edirəm: mən TikTok-u xilas etdim, indi siz mənə çox borclusunuz. İndi məni Oval Ofisdə görürsünüz. Bir gün sizin də biriniz bu masanın arxasında oturacaq və eyni dərəcədə yaxşı işləyəcək”, — Tramp bildirib.
ABŞ vitse-prezidenti Cey Di Vens də yeni video yayımlayıb.
“Salam, mən Cey Di Vens. Bildirmək istəyirəm ki, vitse-prezidentin TikTok səhifəsini bərpa edirik. Son bir neçə ay bir az tənbəl idim, vitse-prezident işinə fokuslanmışdım, TikTok-la yox”, — deyə o qeyd edib.