ABŞ prezidenti Donald Tramp əmindir ki, o, İsrailin baş naziri Binyamin Netanyahunu Fələstin dövlətini tanımağa inandıra biləcək.
DenMedia.az xəbər verir ki bunu o, CBS News telekanalının «60 Minutes» proqramına müsahibəsində bildirib.
Netanyahunu bu addımı atmağa təhrik edə biləcəyinə dair suala cavab verərkən Tramp İsrail liderini «talantlı insan» kimi xarakterizə edib və onunla əvvəllər uğurla işlədiyini bildirib.
«Bəli, onunla hər şey qaydasındadır. O müharibə vaxtı baş nazirdir. Mən onu bir tərəfə və ya başqa tərəfə bir az itələməli olmuşam. Düşünürəm ki, bu işi əla yerinə yetirdim», — deyə Tramp bildirib.

