DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Knessetdəki çıxışı zamanı İsrail prezidenti İsaak Hersoqdan çoxsaylı korrupsiya ittihamları ilə üzləşən baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.
“Niyə Netanyahunu əfv etmirsiniz? Ona əfv verin!” — deyə Tramp parlament üzvlərinə səslənib.
Trampın bu çıxışı İsrailin siyasi arenasında böyük rezonans doğurub, çünki Netanyahunun korrupsiya işləri ilə bağlı məhkəmə prosesi hələ də davam edir.