ABŞ prezidenti Donald Tramp Ukraynada münaqişəyə son qoya biləcəyini bildirib.
DenMedia.az xəbər verir ki, o, bu barədə CBS telekanalına verdiyi müsahibəsində danışıb.
Aparıcının “Sizcə, münaqişəni bir neçə aya həll edə bilərsinizmi?” sualına Tramp qısa və inamla cavab verib:
“Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik, bəli,” — deyə ABŞ prezidenti bildirib.

