BMT Təhlükəsizlik Şurası Suriya siyasətçilərinin sanksiya siyahılarından çıxarılmasına dair qətnaməni qəbul edib, — Reuters xəbər verir.
Sənəddə keçid dövrü üçün prezident Əhməd əş-Şəra və daxili işlər naziri Ənəs Xəttab barəsində məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
Qətnamənin lehinə 15 üzvdən 14-ü, o cümlədən Rusiya səs verib. Çin isə səsvermədə bitərəf qalıb.
Sənədin hazırlanması təşəbbüsü ABŞ-a məxsusdur. Qeyd olunur ki, əvvəlki sanksiya siyahılarına qadağan olunmuş terror təşkilatları ilə əlaqəli şəxslər daxil idi.

