“Biz təsdiqləyə bilərik ki, bu, çox güman ki, SGRS-in saytına qarşı həyata keçirilən DDoS hücumu idi,” – deyə məlumatda qeyd olunur.
Agentliyin məlumatına görə, məxfi məlumatların oğurlanması barədə heç bir dəlil yoxdur. Kəşfiyyat nümayəndəsi bildirib ki, sayt 6 noyabrda qısa müddət işləməyib, lakin hazırda tam bərpa olunub.
Belga yazır ki, hücuma görə məsuliyyəti NoName057 adlı haker qrupu öz üzərinə götürüb. Jurnalistlərin fikrincə, hücum Belçika müdafiə naziri Teo Frankenin Moskva ünvanına səsləndirdiyi hədələrlə əlaqəlidir.

