Megaupload və Mega platformalarının yaradıcısı Kim Dotcom sosial şəbəkə X-də ABŞ hökumətini COVID-19 virusunu yaratmaqda açıq şəkildə günahlandırıb.
Onun fikrincə, pandemiya Amerika şirkətlərinə milyardlarla gəlir gətirib, eyni zamanda qlobal iqtisadiyyatı çökdürüb və vətəndaş azadlıqlarını məhdudlaşdırıb.
“COVID-19 virusu ABŞ hökuməti tərəfindən yaradılıb, Amerika şirkətlərini zənginləşdirib və iqtisadiyyatımızı, azadlıqlarımızı məhv edib,” — deyə Dotcom paylaşımında yazıb.
Aprel ayında ABŞ prezidenti Donald Trampın administrasiyası Ağ Evin rəsmi saytında koronavirusla bağlı yeni səhifə açıb. Hökumət bu səhifədə SARS-CoV-2 virusunun Çindəki laboratoriyadan sızma nəticəsində yarandığını bəyan edib.
Beləliklə, federal hökumət COVID-19-un laborator mənşəli olması versiyasını rəsmi mövqe kimi qəbul edib. Səhifədə həmçinin Konqresə təqdim olunan Respublikaçıların hesabatı və Uhan Virusologiya İnstitutunun əməkdaşlarında xəstəlik simptomlarının pandemiyadan əvvəl müşahidə edildiyini göstərən məlumatlar yerləşdirilib.

