İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barəsində açılan cinayət işində 402 nəfər şübhəli kimi ittiham olunur. “TRT Haber”in məlumatına görə, “İmamoğlu mənfəət məqsədli cinayət təşkilatı” adlandırılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən 105-i hazırda həbsdə olan şəxslər də daxil olmaqla ümumilikdə 402 nəfər haqqında ittiham aktı hazırlanıb.
İttiham sənədində 143 müxtəlif əməl üzrə İstanbul Ağır Cəza Məhkəməsində iddia qaldırılıb. Sənəddə qeyd olunur ki, 99 nəfər təşkilatın üzvü, bir nəfər isə onun qurucusu və rəhbəri — Əkrəm İmamoğlu kimi göstərilib.
Məlumata əsasən, İmamoğlu üçün 2 min 352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb edilib.

