Xəbər verdiyimiz kimi, bu gün İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb.
“Den.az”-ın “Hürriyet”ə istinadən məlumatına görə, İstanbul Cümhuriyyət Baş prokurorluğunda terror və mütəşəkkil cinayətlərlə bağlı aparılan iki ayrı araşdırma çərçivəsində İmamoğlu ilə yanaşı 79 şübhəli saxlanılıb.
Onlar arasında Beylikdüzü bələdiyyə sədri Murat Çalık, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və müğənni Ercan Saatçi də var.
Həmçinin qeyd olunub ki, İmamoğlunun evində aparılan axtarış əməliyyatı başa çatdırılıb.
İstanbuldakı əməliyyatda 79 nəfər saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.