DenMedia.az Politico-a istinadən xəbər verir ki, “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen, apellyasiya məhkəməsi onun seçkilərdə iştirakına qoyulan qadağanı ləğv etmədiyi təqdirdə, 2027-ci il prezident seçkilərində iştirak etməyə bilər.
Siyasətçi yanvarın 13-də məhkəməyə yenidən çıxacaq və ittiham hökmündən apellyasiya qaydasında şikayət edəcək.
Xatırladaq ki, 31 martda Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputat Avropa Parlamentində köməkçilərin işə götürülməsi üçün ayrılmış vəsaitləri mənimsəməkdə təqsirli bilinmişdi. Məhkəmə onu dörd il azadlıqdan məhrum etmə və beş il müddətinə dövlət orqanlarına seçilmək qadağası ilə cəzalandırmışdı.
Lakin Le Pen həbsxanada deyil, ev dustaqlığında elektron qolbaqla cəzasını çəkəcək.
“Kimlik və Azadlıq Partiyası”nın lideri Marion Mareşal bildirib ki, əgər Le Pen 2027-ci il prezident seçkilərinə buraxılmasa, onu böyük ehtimalla “Milli Birlik” partiyasının rəhbəri Jordan Bardella əvəzləyəcək.

