Avropa İttifaqı Ukraynaya 5,9 milyard avro vəsait köçürüb.
Denmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Sviridenko məlumat verib.
Onun sözlərinə görə, bu məbləğin 4,1 milyard avrosu ERA Loans proqramı çərçivəsində daxil olub və dondurulmuş rus aktivlərindən maliyyələşdirilən 18 milyard avroluq ümumi proqramın son tranşıdır. Daha 1,8 milyard avro isə Ukraine Facility xətti ilə ayrılıb.
Sviridenko bildirib ki, bu vəsait Ukraynanın makroiqtisadi sabitliyini qorumağa və müharibə şəraitində iqtisadiyyatı gücləndirməyə kömək edəcək:
“Bu yardım — xilas edilmiş həyatlara, bərpa olunan infrastruktur layihələrinə və iqtisadiyyatımızın davamlılığına aid bir dəstəkdir. Aİ-nin yardımı sayəsində daha çox daxili resursumuzu ölkənin müdafiəsinə yönəldə bilirik.”

