Almaniya kansleri Fridrix Mers Avropada Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi məsələsi üzrə “demək olar ki, hər gün” danışıqlar apardığını bildirib. Bu barədə onun sözlərini Deutsche Welle yayıb.
“Bu bizim üçün yüksək prioritetdir, ən yüksək prioritet”, — deyə o vurğulayıb və əlavə edib ki, bu məsələ ilə bağlı “demək olar ki, hər gün” Avrokomissiya və digər dövlətlərin nümayəndələri ilə təmasdadır.
Mersin fikrincə, Ukrayna uzunmüddətli perspektivdə ‘zəruri maliyyə resursları ilə təmin edilməlidir’.
Oktyabr ayında Belçikanın baş naziri Bert de Vever bəyan etmişdi ki, əgər Avropa İttifaqı riskləri bölüşməsə, Brüssel Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini bloklayacaq.
Onun sözlərinə görə, Avropa ölkələri bu vəsaitlərdən istifadə edəcəyi təqdirdə, Rusiyada və ona dost olan ölkələrdə Qərb aktivlərinə qarşı cavab tədbirlərinə hazır olmalıdır.

