Hurriyet yazır ki, hökumətə yaxın köşə yazarı Abdulkadir Selviyə görə, Gürcüstanda qəzaya düşən Türkiyə hərbi təyyarəsinin qara qutu analizləri artıq Ankarada TUSAŞ müəssisəsində aparılır.
Məlumata görə, təyyarədə iki qara qutu olub:
Birinci qutu – pilotların bir-biri ilə və dispetçer qülləsi ilə danışıqlarını, həmçinin təyyarənin düşmə anının səs yazısını ehtiva edir.
İkinci qutu – bort sistemlərinin işini qeydə alan mexanizmlərdir və hazırda həmin texniki parametrlər detallı şəkildə araşdırılır.
Araşdırma çərçivəsində qara qutuda qeyd olunmuş 180 parametr təhlil edilir.
Selviyə görə, qara qutunun tam analizi həftənin sonuna qədər başa çatdırılacaq. Qəza yerindən əldə edilən ilkin məlumatlar xarici müdaxilə ehtimalının son dərəcə aşağı olduğunu göstərir. Bununla belə, digər bütün versiyalarla yanaşı, bu ehtimal da araşdırmadan kənar qoyulmur.

