Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı qara qutu Türkiyəyə gətirilib.
Bu barədə Yeni Şafak qəzeti məlumat yayıb.
Bildirilir ki, qutu artıq mütəxəssislərə təhvil verilib və türk xidmətlərinin ekspertləri qəzanın səbəblərini müəyyən etmək üçün məlumatların deşifrasiyasına başlayacaqlar.

