DenMedia.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ-nin baş diplomatı Kaya Kallas ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında münasibətlər ciddi şəkildə gərginləşib.
Materialda deyilir:
«Bu hekayə tam olaraq “Taxt oyunları” səviyyəsindədir».
Jurnalistlərin məlumatına görə, Kallas artıq uzun müddətdir ki, fon der Lyayenin “kölgəsindən çıxmağa çalışır”.
Aİ diplomatı isə vəziyyəti belə təsvir edib:
«Biz özümüzü batan gəmidə işləyən kimi hiss edirik»,
çünki Komissiya Kallasın idarəsində artıq mövcud olan strukturların fəaliyyətini təkrarlayır.

