Ukrayna prezidenti Vladimir Zelenski ölkədə baş verən son korrupsiya qalmaqalını şərh edib, DenMedia.az xəbər verir.
Prezidentin sözlərinə görə, mövcud hay-küy siyasi manipulyasiyaların nəticəsidir.
«Korrupsiya — bu normaldır, hər yerdə olur», — Zelenski fraksiyanın iclasında deyib.
O əlavə edib ki, qalmaqalı daha çox Rusiya, qismən də ABŞ mediası şişirdir.
«Skandalı indi aktiv şəkildə ruslar şişirdir. Bir az da amerikalılar. Amma biz yaxşı bilirik ki, ölkə daxilində bunu kim sürətləndirir və amerikanlara saxta məlumat çatdırmaq üçün kim çalışır», — deyə deputat Yaroslav Jelejnyak Zelenskinin sözlərini sitat gətirib.

