ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ilə bağlı hazırlanmış nizamlanma planını hazırlayarkən həm ukraynalı, həm də rus rəsmiləri ilə məsləhətləşmələr aparıb. Bu barədə CBS News Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumatda deyilir:
“Uitkoff bu təklifi təxminən bir ay ərzində, heç bir şəkildə diqqət çəkmədən hazırlayıb və həm Rusiya tərəfi, həm də ukraynalılarla məsləhətləşmələr aparıb ki, onların reaksiyasını nəzərə alsın.”
Bununla belə, mənbələr qeyd edir ki, Kiyev hələlik ABŞ-ın təklif etdiyi təşəbbüsü dəstəkləmir.

