ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli üçün yeni 28 maddəlik plan üzərində işləyir və bu prosesdə Moskva ilə gizli məsləhətləşmələr aparır. DenMedia.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
“Plan 28 maddədən ibarətdir və Trampın Qəzza üzrə əldə etdiyi razılaşmadan ilhamlanıb”, — deyə materialda bildirilir.
Məlumata görə, sənəd üzərində işə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir. Axios yazır ki, Uitkoff planı Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə təfərrüatı ilə müzakirə edib.
Xəbərdən bir gün əvvəl Donald Tramp Ukrayna münaqişəsinin davam etməsinə təəccüb etdiyini bildirmişdi:
“Səkkiz müharibəni dayandırdım, bircə bu qalıb”, — deyə Tramp vurğulayıb.

