Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Ukrayna ilə bağlı keçirilən Aİ Xarici İşlər Nazirlərinin konsultasiyalarından sonra baş tutan mətbuat konfransında bildirib ki, Rusiya öz ordusunun sayını azaltmalıdır. Euractiv yazır ki, o, bu tələbın ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planına daxil edilməsini istəyib.
“Biz Rusiyanın ordusunun sayını azaltmalıyıq,” — deyə Kallas vurğulayıb.
Onun sözlərinə görə, Kremlin hərbi xərcləri sürətlə artır və bu, «hamımız üçün təhlükə» yaradır.

