DenMedia.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas deyib.
O bildirib ki, Rusiyanın atəşkəsə razılaşmaq niyyəti ilə bağlı heç bir əlamət görmür.
“Biz bu kursda daha sürətli templə davam etməliyik. Bu, Rusiyanı döyüş vasitələrindən məhrum edən sanksiyaların gücləndirilməsi və Ukraynaya hərbi və maliyyə dəstəyinin artırılması deməkdir. Ukraynaya dəstək artırılmalı, atəşkəs və sülh üçün Rusiya üzərinə təzyiq davam etdirilməlidir”, – Kallas vurğulayıb

