Rusiya Starlink layihəsinə cavab olaraq özünün aşağı orbitli peyk rabitə sistemini qurur. Bu barədə Dövlət Dumasının informasiya siyasəti komitəsinin rəhbəri Sergey Boyarskiyə istinadən TASS məlumat yayıb.
Deputat bildirib ki, yeni peyk qruplaşması “Rassvet” (“Sübh”) adlanacaq və genişzolaqlı internet bağlantısı təqdim edəcək. Sistem həmçinin müttəfiq ölkələrlə birlikdə istifadəyə açıq ola bilər.
Layihə üzərində “Büro 1440” işləyir.
İlkin mərhələdə “Rassvet” peyklərinin buraxılışı Rusiyanın öz ərazisində sınaq məqsədi ilə həyata keçiriləcək — bu, texniki örtüyün keyfiyyətini və gələcəkdə istifadəçilər üçün xidmətin dəyərini qiymətləndirmək üçün nəzərdə tutulub.

