Rusiya xarici ölkələrdən gələn zənglərə qadağa tətbiq edə bilər.
Den.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, bu cür qadağa fırıldaqçılıqla mübarizə tədbiri kimi tətbiq edilib. Eyni tələblər messencerlərə münasibətdə də tətbiq oluna bilər.
“Bir sıra rabitə operatorları artıq xaricdən daxil olan zənglərə istifadəçilər tərəfindən müstəqil qadağaların tətbiqi üzərində fəal işləyirlər. Bununla belə, tələblərin qanunvericiliklə müəyyən edilməsi də mümkündür. Məhz eyni tələblər ani messencerlər üçün də tətbiq oluna bilər. Onlarda səs trafikinin bloklanması məcburi tədbir kimi həyata keçiriləcək”, – Roskomnadzor rəhbəri Andrey Lipov vurğulayıb.
Günəş Fərəh
Den.az
Rusiya xarici ölkələrdən gələn zənglərə qadağa tətbiq edə bilər

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.