Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları 28 noyabr səhəri Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın ofisində axtarışlar aparırlar. Bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, jurnalistlər hökumət kvartalına təxminən on nəfər NABU və SAP əməkdaşının daxil olduğunu qeydə alıblar.
Rəsmi qurumlar hələlik açıqlama verməyiblər.

