Amerika və Ukrayna nümayəndə heyətlərinin Floridadakı danışıqlarının yekununda Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi məsələsi həll olunmamış qaldı. Bu barədə WSJ ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, digər əsas həll olunmamış məsələlər arasında ABŞ və Qərb müttəfiqlərinin təhlükəsizlik təminatlarının xarakteri də var. Danışıqlar zamanı Rusiya ilə Ukrayna arasında mümkün ərazi mübadiləsi mövzusu da qaldırılıb.
Qəzet qeyd edir ki, Moskvanın Rusiyanın tərkibinə daxil edilmiş yeni regionların beynəlxalq səviyyədə tanınmasında israr edib-etməyəcəyi hələ də açıq olaraq qalır. Bu məqam danışıqlar prosesinin əsas məsələlərindən biri olmağa davam edir.

