Rusiya prezidenti Vladimir Putin VTB-nin “Rusiya çağırır!” investisiya forumunda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ukraynada Moskvanın hərəkətləri “cərrahi və dəqiq” xarakter daşıyır və bunu “müasir mənada müharibə” adlandırmaq düzgün deyil.
Putinin sözlərinə görə:
“Əgər Avropa birdən bizimlə müharibəyə başlasa, bu çox tez bitər. Bu, Ukrayna deyil. Ukraynada biz cərrahi şəkildə, аккуратненько hərəkət edirik. Bu, sözün birbaşa və müasir mənasında müharibə deyil.”
Kreml rəhbəri əlavə edib ki, Avropa İttifaqı ABŞ prezidenti Donald Trampın təşkil etdiyi sülh prosesinə mane olur. Putinin fikrincə, Avropa ölkələri hələ də Rusiyaya “strateji məğlubiyyət” vurmaq barədə illusiyalarla yaşayırlar, baxmayaraq ki, “özləri də anlayırlar ki, bu mümkün deyil”.
“Biz Avropa ilə müharibə etmək niyyətində deyilik, bunu yüz dəfə demişəm. Amma əgər Avropa bizimlə döyüşmək istəsə və başlasa, biz buna indi və dərhal hazırıq. Burada heç bir şübhə ola bilməz,” — deyə Putin sözlərini tamamlayıb.

