Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə keçirilən danışıqlarda təqdim olunan sənədlər barədə şərh verməkdən imtina edib.
Jurnalistlər Ukrayna üzrə danışıqlarda niyə məhz dörd sənədin təqdim olunduğunu soruşduqda, Peskov belə cavab verib:
“Hazırda heç nəyi xarakterizə etməyəcəyik.”
Kreml görüşün detalları barədə əlavə məlumat açıqlamır.

