Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff arasında görüş təxminən Moskva vaxtı ilə 17:00-da başlanacaq.
Denmedia.az xəbər verir ki, bu barədə Hindistanlı jurnalistlərlə keçirilən brifinqdə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
Peskov xatırladıb ki, Uitkoffun Moskva səfərindən öncə ABŞ hakimiyyəti iki həftə ərzində Ukrayna tərəfi ilə intensiv danışıqlar aparıb. O əlavə edib ki:
“Moskva, Ukrayna üzrə həll yolunun tapılması istiqamətində ABŞ-ın göstərdiyi səyləri yüksək qiymətləndirir.”
Uitkoffun budəfəki səfəri 2025-ci ildə altıncı dəfədir. O ilk dəfə Moskvaya fevralda, daha sonra 13 mart, 11 və 25 aprel, həmçinin 6 avqust tarixlərində Moskva və Sankt-Peterburqa səfərlər edib.

