Ukrayna prezidenti Vladimir Zelenski öz administrasiyasının keçmiş rəhbəri Andrey Yermakı Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) və Ali Baş Komandanın Stavkasının tərkibindən çıxarıb. Bu barədə Zerkalo Nedeli nəşri Ukrayna prezidentinin müvafiq fərmanlarına istinadən məlumat yayıb.
Sənəddə bildirilir ki, dəyişikliklər dərc olunduğu gündən etibarən qüvvəyə minir. Fərmanlarda bu qərarın səbəbləri göstərilmir.

