SSRİ və Rusiyanın nüvə proqramının aparıcı isimlərindən biri, RAN akademiki Radiy İlyakayev vəfat edib. Bu barədə Sarov şəhərinin rəhbəri Aleksey Safonov Telegram-da məlumat verib.
Məlumata görə, fundamental elmi işlərin müəllifi, ölkənin ən yüksək dövlət mükafatlarının laureatı və “Vətənə xidmətə görə” ordeninin tam kavaleri olan İlyakayev 12 il ərzində Sarovdakı (Arzamas-16) Rusiya Federal Nüvə Mərkəzi — RFYaÇ-VNİİEF-ə rəhbərlik edib. Daha sonra 8 il institutun elmi rəhbəri olub, 2017-ci ildən isə onun fəxri elmi rəhbəri kimi fəaliyyət göstərirdi.

