may
2024
15:56
25

İrandan sensasion açıqlama - Başqa ölkələrə nüvə texnalogiyası verməyə hazırıq

6 may, 2024
15:56
25

İrandan sensasion açıqlama - Başqa ölkələrə nüvə texnalogiyası verməyə hazırıq

"İran nüvə texnologiyalarını başqa ölkələrə ötürməyə hazırdır".

Den.az xəbər verir ki, bunu İranın Atom EnerjisiTəşkilatının sədri Məhəmməd İslami deyib.

O bildirib ki, imperialist dövlətlərin hegemonluğu ilə mübarizə aparmaq üçün biz nüvə texnologiyalarını başqa ölkələrə ötürməyə hazırıq.

Beləliklə, maneələr qırılsın və fərqli elmi nizam yaransın. 

Qeyd edək ki, bu gün İsfahanda Otuzuncu Milli Atom Enerjisi Konfransı və Nüvə Fizikası və Texnologiyası üzrə Birinci Beynəlxalq Konfrans keçirilir. Konfransın əsas iştirakçıları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi və İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslamidir.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar