Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ nümayəndə heyətini qəbul edərkən ABŞ Prezidenti Donald Trampın fəaliyyətinə müsbət münasibətini ifadə edib. Bu barədə BelTA agentliyi məlumat yayıb, DenMedia.az xəbər verir.
“Deyirlər ki, Tramp yaltaqlığı sevir. Amma mən bunu yaltaqlıq xatirinə demirəm. Son vaxtlar onun atdığı addımlar mənə çox xoş gəlir”, — deyə Lukaşenko bildirib.
Belarus lideri ABŞ nümayəndə heyətinin rəhbəri Con Koulu Belarus üzrə ABŞ-ın xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
“İndi sən bizdə Belarus üzrə əsas şəxsən. Trampa çatdırın ki, bununla bağlı nəsə etməliyik. Və biz bunu edəcəyik”, — deyə Lukaşenko qeyd edib.
Lukaşenkonun fikrincə, ABŞ-ın Ukrayna ilə bağlı irəli sürdüyü sülh planı potensiala malikdir və danışıqlar üçün yaxşı başlanğıc nöqtəsi ola bilər. O bildirib ki, sənəd üzərində işləmək lazımdır və plan daha dərindən təhlil edilməlidir.
Belarus Prezidenti vurğulayıb ki, plan qısa müddətdə hazırlandığı üçün əlavə düzəlişlərə ehtiyac var və daha aydın, işlənmiş formada təqdim edilməlidir. Onun sözlərinə görə, ərazi məsələləri son dərəcə konkretləşdirilməlidir:
“Metrlə, kilometrlə, xırdalığına qədər”.

