Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan və Ermənistan arasında ABŞ-da imzalanan sənədləri yüksək qiymətləndirib. O bildirib ki, ABŞ Prezidenti Donald Trampı bu uğura görə şəxsən təbrik edib.
Denmedia.az xəbər verir ki, Lukaşenko Vaşinqton danışıqlarını “böyük uğur” adlandıraraq, Trampın tərəfləri bir masa arxasına toplaya bilməsini mühüm addım kimi dəyərləndirib:
“Ermənilərlə azərbaycanlıları danışıqlar masasına oturtmaq və belə bir müqaviləyə nail olmaq böyük uğurdur. Mən yaxşı bilirəm ki, Zəngəzur dəhlizi nə deməkdir. Onlar açıq şəkildə bildirdilər ki, biz bu layihənin sahibi və nəzarətçisi olacağıq. Bu, böyük işdir. Əlbəttə, iranlılara çox da xoş gəlmir, xüsusən də sərhəd məsələsinə görə narazıdırlar. Amma buna qarşı durmaq mümkün olmayacaq. Bu sülh razılaşmaları dəhlizin Ermənistan ərazisindən keçərək qurulmasına imkan verəcək. İndi Azərbaycan və onun eksklavı təkcə hava ilə yox, quru yolu ilə də birləşəcək”, – deyə Belarus lideri vurğulayıb.(Globalinfo.az)