Roma meri Roberto Qualtieri mətbuat konfransında bildirib ki, 1 fevral 2026-cı ildən etibarən Trevi fəvvarəsinə yaxınlaşmaq üçün turistlər 2 avro dəyərində bilet almalı olacaqlar. Bu barədə ANSA agentliyi məlumat yayıb.
Qərara əsasən, Roma şəhərində altı tarixi məkana giriş ödənişli edilir.
Ödəniş tətbiq ediləcək məkanlar bunlardır:
-
Villa Maksensiya
-
Napoleon Muzeyi
-
Barrakko Muzeyi
-
Carlo Bilotti Muzeyi
-
Pietro Kanonika ev-muzeyi
Bu obyektlərin hər birinə giriş 5 avro təşkil edəcək.
Merin sözlərinə görə, ildə təxminən 9 milyon turistin ziyarət etdiyi Trevi fəvvarəsindən şəhər büdcəsinə illik 6,5 milyon avro gəlir gözlənilir.
Roma sakinləri üçün giriş pulsuz qalacaq.

