"X" sosial şəbəkəsi yeni istifadəçilərin qeydiyyatı üçün ödənişli sistem tətbiq etməyi planlaşdırır.
Den.az xəbər verir ki, bu addım saxta hesablar və botların qarşısını almaq məqsədilə atılıb. Məlumatlara görə, 2025-ci ilin fevralından etibarən sosial şəbəkədə hesab yaratmaq üçün istifadəçilər 8 dollar (təxminən 14 manat) ödəməli olacaqlar.
Ödəniş edən istifadəçilər bir aylıq "X Premium" abunəliyini pulsuz əldə edəcəklər. Bu abunəlik reklamları deaktiv edir, genişləndirilmiş "Grok" neyron şəbəkəsi xidmətlərinə giriş imkanı verir və təsdiq nişanı (mavi işarə) təqdim edir.
Əgər qeydiyyat zamanı ödəniş edilməzsə, istifadəçilərə yalnız oxuma rejimi əlçatan olacaq və post paylaşmaq, şərh yazmaq kimi funksiyalar bağlı olacaq.
Qeyd edək ki, bu yenilik 2023-cü ildən Yeni Zelandiya və Filippində test edilib. Orada istifadəçilər illik 1 dollar ödəməklə qeydiyyatdan keçiblər.
Bundan başqa, İlon Mask postların tarix və vaxtını lentdən çıxarmağı planlaşdırır. Bu dəyişikliklərin sosial şəbəkənin interfeysini daha təmiz və sadə hala gətirəcəyi gözlənilir.
Hələ ki, "X" rəsmi olaraq bu yeniliklərlə bağlı açıqlama verməyib.
"X" sosial şəbəkəsində qeydiyyat pullu olacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.