Fransada Polşanın səfiri korrupsiya şübhəsi ilə saxlanılıb. Bu barədə “Goniec” nəşri məlumat yayıb.
Məlumata görə, saxlanılma Polşanın Mərkəzi Antikorrupsiya Bürosunun (CBA) əməkdaşları tərəfindən həyata keçirilib.
Səfirin MBA diplomları ilə bağlı korrupsiya sxemində iştirak etdiyi ehtimal olunur.
İş çərçivəsində diplomatla yanaşı, parlament üzvü kimi təqdim olunan Maks K. və bankir Pavel P. də saxlanılıb. Hadisənin detalları və ittihamların dəqiq məzmunu hələlik açıqlanmayıb.
Araşdırmalar davam edir.

