ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın ənənəvi Milad açıqçası sosial şəbəkələrdə istehza və tənqid dalğasına səbəb olub. Bu barədə Daily Mail nəşri yazır.
Ağ Evin X sosial şəbəkəsində paylaşdığı rəsmi fotoda Tramp qara frak və kəpənək qalstukda, Melaniya isə uzun qara libasda kameraya son dərəcə ciddi və gülümsəmədən baxır. Cütlük Milad ağacının fonunda əl-ələ dayanıb.
İstifadəçilər şəkli həddindən artıq tutqun, bayram ruhundan uzaq adlandırıblar. Bir çox şərhçi qara geyim seçimini və üz ifadələrini kəskin tənqid edib.
“Onlar elə bil dəfn mərasiminə hazırlaşırlar”, — deyə istifadəçilərdən biri yazıb.
“Düzü, bu, dəhşətli foto seçimidir. Axı gülümsədikləri daha yaxşı bir şəkil olmalı idi”, — deyə başqa bir şərhçi qeyd edib.
Qeyd olunur ki, paylaşım Amazon şirkətinin Melaniya Tramp haqqında çəkilən “Melania” adlı sənədli filmin treylerinin yayımlandığı günə təsadüf edib. Şirkət filmin yayım hüquqlarını rekord məbləğ — 314 milyon dollara alıb.

