Venesuela Rusiyaya prezident Nikolas Maduronun ölkənin suverenliyinin və venesuela xalqının maraqlarının qorunması istiqamətində göstərdiyi səylərə verdiyi “dəyişməz dəstəyə” görə təşəkkür edib. Bu barədə ölkənin xarici işlər naziri İvan Hil Pinto Telegram kanalında paylaşım edib.
Nazirin sözlərinə görə, bu dəstək ABŞ ilə mövcud fikir ayrılıqları fonunda xüsusilə dəyərlidir.
“Prezident Nikolas Maduronun adından Rusiya hökumətinə Venesuela xalqının suverenliyinin və maraqlarının müdafiəsi istiqamətində prezident Maduronun səylərinə verdiyi dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk”, — deyə Hil Pinto qeyd edib.
O vurğulayıb ki, bu dəstək ABŞ administrasiyasının Karib hövzəsində Venesuelaya qarşı yönəlmiş təhdidlər, aqressiv və qanunsuz addımları fonunda xüsusi əhəmiyyət daşıyır.

