Denmedia.az xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ-ın Venesuelaya qarşı təzyiq kampaniyasının əsas məqsədi prezident Nikolás Maduronun vəzifədən könüllü şəkildə getməsinə nail olmaqdır.
Mənbələrin sözlərinə görə, məqsəd Maduronu istefaya məcbur etməkdir — əgər o, postunu tərk etməsə, ABŞ hərbi güc tətbiq edə bilər.
Həmçinin bildirilir ki, Karib dənizində ABŞ ordusunun narkotik daşımaqda ittiham olunan qayıqlara endirdiyi son zərbələr Maduroya yönəlik açıq siqnal kimi qiymətləndirilir.
CNN qeyd edir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası artıq bir neçə aydır Venesuelada potensial hərbi əməliyyat üçün zəmin hazırlayır. Hələlik Maduroya birbaşa zərbə endirilməsinə dair göstəriş yoxdur, lakin mənbələr bildirir ki, bu hücumlar yalnız narkoticarətə qarşı deyil, həm də Maduroya təzyiqin ilk mərhələsidir.