Yunanıstanda aktyorlar gəlirlərinin artırılması tələbi ilə şənbə günü tətilə çıxıblar. Bu barədə Avropa KİV-ləri məlumat yayıb.
Bildirilir ki, tətil səbəbindən Yunanıstandakı teatrların böyük əksəriyyəti şənbə günü qapalıdır. Qeyd olunur ki, bu addım ölkədə teatr mövsümünün ən aktiv dövrü sayılan Milad bayramlarına təsadüf edir.
Məlumata görə, etiraz aksiyasına çoxsaylı musiqiçilər də qoşulub. Tətil iştirakçıları şənbə günü axşam saatlarında Afina şəhərində kütləvi nümayiş keçirməyi planlaşdırır.

