Fransa Prezidenti Emmanuel Makron Yeni il münasibətilə vətəndaşlara müraciətində vəzifəsində qalmağı planlaşdırdığını bildirib.
DenMedia.az xəbər verir ki, çıxış dövlət başçısının X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.
Fransa lideri vurğulayıb ki, 2027-ci ildə başa çatacaq səlahiyyət müddətinin sonunadək fəaliyyətini davam etdirəcək.
Emmanuel Makron çıxışında deyib:
“Mən son saniyəyədək çalışacağam, hər gün Fransa vətəndaşlarının mənə etibar etdiyi mandata layiq olmağa çalışacağam.”

