Kuba hökuməti bildirib ki, ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat zamanı ölkənin 32 vətəndaşı həlak olub. Havanada həlak olanların xatirəsinə iki günlük matəm elan edilib.
Bəyanatda qeyd olunur ki, həlak olanların hamısı Kuba silahlı qüvvələrinin və kəşfiyyat xidmətlərinin hərbi qulluqçularıdır. Digər təfərrüatlar açıqlanmır.
“Təhlükəsizliyin və müdafiənin təmin edilməsi üzrə vəzifələrinə sadiq qalaraq, soydaşlarımız ləyaqət və qəhrəmanlıqla borclarını yerinə yetirdilər və ya hücum edənlərə qarşı birbaşa döyüşdə, ya da obyektlərin bombalanması nəticəsində, şiddətli müqavimətdən sonra həlak oldular”, – deyə bəyanatda bildirilir.
Reuters agentliyinin qeyd etdiyinə görə, Kuba Venesuela prezidenti Nikolas Maduronun təhlükəsizliyinin təmin edilməsində iştirak edib.
ABŞ əməliyyatı zamanı Maduronu neçə kubalının qoruduğu və başqa ərazilərdə neçə nəfərin həlak ola biləcəyi hələ də aydın deyil.

