Danimarkanın baş naziri Mette Frederiksen bildirib ki, ABŞ-ın Qrenlandiyaya hücumu halında NATO-nun sonu gələr.
Denmedia.az xəbər verir ki, onun sözlərini Danmarks Radio yayıb.
Baş nazir, həmçinin ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək niyyətindən imtina edəcəyinə şübhə etdiyini, çünki bu məsələdə son dərəcə qətiyyət nümayiş etdirdiyini qeyd edib.
Frederiksen Tramp ilə söhbəti zamanı Danimarkanın mövqeyini çatdırdığını bildirib: üç tərəfdən heç biri — Danimarka, Qrenlandiya və Farer adaları — bir-birinin ərazilərinə iddia etməməlidir.
“Əgər NATO üzvü olan bir ölkə başqa bir NATO ölkəsinə hücum edərsə, hər şey bitər”, – deyə Frederiksen vurğulayıb.

