ABŞ senatoru, respublikaçı Lindsey Graham bəyan edib ki, ABŞ Prezidenti Donald Trump Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə “yaşıl işıq” verib.
“Bu gün prezident Tramp ilə bir sıra məsələlər üzrə çox məhsuldar görüşdən sonra o, senator Richard Blumenthal və bir çox digərləri ilə birlikdə aylar boyu üzərində çalışdığım Rusiyaya qarşı sanksiyalarla bağlı iki partiyalı qanun layihəsinə yaşıl işıq yandırdı”, — Graham X sosial şəbəkəsində yazıb.
Senator bu qərarın “vaxtında” verildiyini vurğulayıb. O, həmçinin ümid etdiyini bildirib ki, qanun layihəsi üzrə səsvermə “artıq gələn həftə” baş tuta bilər.
Qeyd edək ki, sözügedən qanun layihəsi **Rusiya**ya qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutur və Lindsey Graham ilə demokrat senator Riçard Blumenthal tərəfindən ötən ilin aprel ayının əvvəlində təqdim olunub.

