ABŞ Konqresində Rusiyaya qarşı “sarsıdıcı” sanksiyalar paketi artıq hazır vəziyyətdədir və sadəcə olaraq “yaşıl işıq” gözləyir.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Metyu Uitaker Bloomberg-ə müsahibəsində xəbərdarlıq edib.
Uitaker bildirib:
“Konqresdə Rusiyaya qarşı son dərəcə güclü sanksiya layihəsi var və o, sadəcə düzgün anı gözləyir.”
Diplomat həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu təşəbbüsü tam dəstəkləyir.
Bununla yanaşı, Vaşinqton Ukrayna münaqişəsinin diplomatik yolla həlli üçün imkanlar axtarmağa davam edəcəyini də bəyan edib. Uitaker vurğulayıb ki:
“Sanksiyalar mövzusu nə qədər sərt olsa da, ABŞ dialoq qapılarını bağlı saxlamır.”

