İranın Məşhəd şəhərində ehtimal olunan sui-qəsd nəticəsində Fərəcullah Şuştari — İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mərhum komandanının oğlu cümə axşamı axşam saatlarında həlak olub. Bu barədə Tasnim xəbər verir.
Məlumata görə, hücum silahlı etirazçılar tərəfindən həyata keçirilib. Hadisənin təfərrüatları hələlik açıqlanmır. Bildirilir ki, Şuştari şiələr üçün müqəddəs şəhər sayılan Məşhəddə tanınmış ictimai xadim olub.
Onun atası — general Nuralı Şuştari SEPAH-ın Quru Qoşunları komandanının müavini və İranın cənub-şərqində Quru Qoşunların “Qüds” bazasının rəhbəri vəzifələrində çalışıb. General 2009-cu ildə terror aktı nəticəsində öldürülüb.

