İsrail və ABŞ iğtişaşlarda iştirak etmək üçün İrana İŞİD terrorçuları göndərib. Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdülrəhim Musəvi IRIB telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, sözügedən terrorçular dinc sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetiriblər.
“ABŞ və sionist İsrail rejimi İŞİD terrorçularını böyük xalqımızın üzərinə salıb”, — deyə Musəvi vurğulayıb.

