Türkiyə təhlükəsizlik qüvvələri Yeni il bayramları ərəfəsində terror aktları planlaşdıran İŞİD üzvünü saxlayıb. Bu barədə TRT Haber məlumat yayıb.
Məlumata görə, İbrahim Burtakuçin adlı silahlının saxlanılması üzrə əməliyyat polis və əks-kəşfiyyat əməkdaşları tərəfindən Malatya şəhərində həyata keçirilib.
Araşdırma zamanı müəyyən edilib ki, o, Türkiyədə və xaricdə fəaliyyət göstərən İŞİD tərəfdarları ilə əlaqə saxlayaraq terror aktlarının hazırlanmasında iştirak edib. “Hücumların hansı ərazilərdə planlaşdırıldığı açıqlanmır”, — deyə məlumatda bildirilir.
Təhlükəsizlik orqanları hazırda işi davam etdirir və mümkün əlaqələri araşdırır.

