BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elder bildirib ki, Qəzza zolağında 9 oktyabr 2025-ci ildən qüvvədə olan atəşkəs rejiminin başlanmasından bəri 100-dən çox uşaq həlak olub, yüzlərlə uşaq isə yaralanıb.
“Oktyabrın əvvəlində atəşkəs başladıqdan sonra Qəzzada 100-dən çox uşaq öldürülüb. Bu o deməkdir ki, atəşkəs dövründə burada hər gün təxminən bir oğlan və ya qız uşağı həyatını itirir”, — deyə Elder Cenevrədə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu statistika yalnız kifayət qədər təsdiqlənmiş məlumatlara əsaslanan halları əhatə edir və real itkilər daha çoxdur. Eyni zamanda, yüzlərlə uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
“Qəzzada həyat hələ də boğucudur, sağ qalmaq isə sual altındadır. Atəşkəs dövründə bombardman və atəşlərin intensivliyi azalsa da, onlar tamamilə dayanmayıb”, — deyə UNICEF rəsmisi vurğulayıb.

