Vaşinqton yaxınlığında yerləşən Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil olmaq istəməməsi ilə bağlı baş nazir Yens-Frederik Nilsenin bəyanatına kəskin reaksiya verib. C-SPAN yayımından göründüyü kimi, respublikaçı siyasətçi bu mövqenin qrenlandiyalı siyasətçi üçün “böyük problemə” çevriləcəyini vəd edib.
Tramp açıq şəkildə etirazını və adanın əhalisinin mövqeyinə etinasız münasibətini ifadə edib. ABŞ prezidenti bildirib ki, Nilseni tanımır, lakin bu, onun üçün çətinlik yaratmasına mane olmayacaq.

